"Neftçi"nin sabiq hücumçusu, hazırda Bolqarıstanın "Arda" klubunda oynayan Andre Şinyaşiki Misli Premyer Liqasında çıxış edərkən rəqib olduğu “Qarabağ”ın keçmiş hücumçusu Juninyo ilə dostluğundan danışıb.
Sportal.az xəbər verir ki, "Super Radio Tupi"yə danışan braziliyalı Juninyonun "Flamenqo"ya keçidini də şərh edib:
"Juninyo əla futbolçudur, əla da insandır. Mən onunla Azərbaycanda dostlaşmışdım. Əminəm ki, o, "Flamenqo"nun uğurlarına böyük töhfə verəcək. Juninyoya ən yaxşısını arzulayıram. Çünki indi olduğu yerə çatmaq üçün çox mübarizə apardı. O, həqiqətən bütün bunlara layiqdir".
saytlarin hazirlanmasi