"Arsenal"ın müdafiəçisi Qabriel Maqalyaes karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçuya "Əl-Nəsr" maraq göstərir. "GiveMeSport"un məlumatına görə, Səudiyyə klubu yayda transfer təklifi etməyi planlaşdırır və artıq futbolçunun özü ilə də əlaqə saxlayıb.
Maqalyaesə mövsümə görə 20 milyon avro maaş təklif etməyə hazırdırlar. Bu, onun hazırkı klubunda qazandığının üç qatıdır. Qabriel hazırda mövsümü "topçular"ın heyətində uğurla başa vurmağa köklənib, lakin karyerasının müəyyən mərhələsində Səudiyyə liqasına keçid variantını nəzərdən keçirməyə hazırdır.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi bu mövsüm Premyer Liqada 27 oyuna çıxıb və 3 qol vurub.
saytlarin hazirlanmasi