Belaruslu millimizin baş məşqçisi barədə: "Santuş üçün həqiqət anıdır, o, divara dirənib"

12:34 - 25 Mart 2025

"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqa bu gün Masazırda Azərbaycan və Belarus yığmaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Sportal.az xəbər verir ki, “football.by” portalına danışan Baqa millimizin baş məşqçisi Fernandu Santuşun çətin durumda olduğunu deyib:

"Matçdan nə gözləmək lazımdır? Azərbaycan Haitiyə 0:3 uduzdu. Fernandu Santuş legioner məşqçi. Bu, hər kəs tərəfindən son dərəcə neqativ qarşılanır. Azərbaycanda işləmək son dərəcə çətindir, şəxsi təcrübəmdən bilirəm. Fernandu Santuş bu, həqiqət anıdır, divarana dirənib. Orada yaxşı meydança olacaq. Hava da yaxşıdır. Amma belaruslular üçün oyun çətin olacaq. Paradoks. Portuqaliyalının da işi çətindir. Ümumiyyətlə, Azərbaycanda tələblər yüksəkdir. Obrazlı desək, dünya çempionatının ilk “üçlüy”ü".
 

Xəbər xətti