"Bayer"in baş məşqçisi Xabi Alonso gələcəyi barədə danışıb.
Sportal.az xəbər verir ki, adı "Real"la hallanan ispan mütəxəssis mövsümün qalan hissəsinə kökləndiyini bildirib:
"Hazırda bu mövsümə köklənmişəm. Hədəfimiz mövsümün sonuna qədər mübarizə aparmaqdır. "Bavariya" ilə aramızdakı xal fərqini azaltmaq üçün ilk fürsət sabah "Bohum"la oynayacağımız matçdır. Qələbə qazanmaq və "Bavariya"nın üzərindəki təzyiqi davam etdirmək istəyirik. Aprel ayına keçirik və liqada hər şeyin müəyyənləşəcəyi mərhələdəyik. Sona qədər mübarizə aparmaq niyyətindəyik".
Qeyd edək ki, 62 xalı olan"Bavariya" Almaniya Bundesliqasının lideridir. 56 xalı olan "Bayer" isə ikinci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi