Özbəkistan millisinin forvardı Eldor Şomurodov "Roma"da qalacaq.
Sportal.az xəbər verir ki, klub onun müqavilə müddətini 2027-ci ilə qədər artıracaq.
"Canavarlar" ötən qış futbolçunu satmağa yaxın olsa da, komandanın baş məşqçisi Klaudio Ranyeri Şomurodovun qalmasına qərar verib.
Bu mövsüm hücumçu bütün turnirlərdə 32 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
29 yaşlı hücumçunun “Roma” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.