Almaniyanın "Dinamo"(Berlin) klubunun baş məşqçisi Dennis Kutrib Berlin kubokunun "Alglinike" ilə bu gün keçiriləcək yarımfinal oyunu haqda danışarkən azərbaycanlı hücumçu Rüfət Dadaşovun komandaya qayıtmasının vacibliyini də qeyd edib.
Sportal.az xəbər verir ki, “Berliner Kurier”ə açıqlama verən Almaniya klubunun çalışdırıcısı millimizin sabiq üzvü barədə bunları deyib: “Dadaşov kimi futbolçu daim meydanda olmalıdı. Onun üçün çox darıxmışdıq. “Aylenburq”la görüşdə yəqin ki, Rüfət 1-2 qol vurardı. Çünki şansımız çox idi”. Xatırladaq ki, diskvalifikasiyaya görə berlinlilərin son matçını buraxmaq məcburiyyətində qalmışdı.
Qeyd edək ki, 33 yaşlı hücumçu 2023-cü il iyulun 1-dən "Dinamo"da çıxış edir. O, 2025-ci il iyunun 30-na qədər bu komandaya məxsusdur.
saytlarin hazirlanmasi