Rodriqonun "Real"ı tərk edəcəyi gözlənilir.
Sportal.az xəbər verir ki, "Relevo"nun məlumatına görə, Madrid klubu 24 yaşlı braziliyalı futbolçunun satışı barədə düşünür.
Rodriqoya Premyer Liqadan, xüsusilə "Mançester Siti" və "Arsenal"dan maraq var. Onun start qiyməti 100 milyon avroya yaxın məbləğ olaraq müəyyən edilib.
Bu mövsüm Rodriqo La Liqada "Real"ın heyətində 30 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi