"Sabah"ın forvardının "Şamaxı"ya qarşı oynayıb-oynamayacağı dəqiqləşdi

11:18 - 8 May 2025

“Sabah”ın hücumçusu Pavol Şafranko Misli Premyer Liqasının 34-cü turunun “Şamaxı” ilə qarşıdakı oyununu buraxmayacaq.

Sportal.az xəbər verir ki, halbuki slovakiyalı forvardın bu görüşdə meydana çıxmayacağı ehtimal edilirdi.

30 yaşlı futbolçu “Araz-Naxçıvan”la (1:1) görüşünü 21-ci dəqiqəsində əvəzlənmişdi. Amma onun zədəsinin ciddi olmadığı üzə çıxıb.

Şafrankonun qarşıdakı matçda iştirak edə biləcəyi gözlənilir.

Xəbər xətti