Dayer rəsmən Fransa klubunda - azad agent kimi "Bavariya"nı tərk etdi

00:17 - 15 May 2025

Erik Dayer karyerasını Fransa çempionatında davam etdirəcək. Müdafiəçi "Bavariya" klubunu azad agent kimi tərk edir.

Sportal.az xəbər verir ki, 31 yaşlı ingiltərəli futbolçu ilə müqavilə imzaladığını "Monako" rəsmən elan edib. Razılaşma 3 mövsümlükdür.

Dayer "Bavariya"nın heyətində Bundesliqada 35 oyuna çıxıb və 2 qol vurub.

Xəbər xətti