"Liverpul" və Uruqvay millisinin forvardı yeni sezona fərqli çempionatda başlayacaq.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, uruqvaylı hücumçuya "Əl-Hilal" sərfəli təklif göndərib.
Nunyes həmin təklifi dəyərləndirmək fikrindədir.
2022-ci ildə "Benfika"dan "Liverpul"a keçən 25 yaşlı forvard Səudiyyə Ərəbistanında oynamaq istəyir.
Onun "Liverpul"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Ərəblər "Liverpul"u razı sala bilsə, Nunyes "Əl-Hilal"la müqavilə imzalayacaq.
saytlarin hazirlanmasi