Dominik Livakoviç mövsümün sonunda "Fənərbaxça"dan ayrıla bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqa klubun performansından məmnun qalmağını xorvatiyalının yerinə başqa qapıçı transfer etməyi planlaşdırır.
"Fənərbaxça"nın əsas hədəfi "Napoli"də çıxış edən Aleks Meretdir. İtalyan qolkiperin klubu ilə müqaviləsi mövsümün sonunda başa çatr. O, "Napoli"nin yeni sözləşmə təklifini qəbul etməyib.
Bu vəziyyətdən yararlanmağa çalışan "Fənərbaxça" 28 yaşlı "əlcək sahibi" ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Aleks Meret 2018-ci ilin yayından "Napoli"də çıxış edir. İtaliya millisinin üzvü bu mövsüm Neapol təmsilçisinin heyətndə 33 rəsmi matçda meydanda olub.
saytlarin hazirlanmasi