Premyer Liqa klubunun yollarını ayırdığı braziliyalı Azərbaycana geri qayıda bilər

10:34 - 4 İyul 2025

2025/2026 mövsümündə Birinci Liqada iddialı olacağı ehtimal edilən “Səbail” legioner futbolçularla da danışıq aparır.

Sportal.az saytına verilən məlumata görə, Premyer Liqaya yüksəlməyi qarşısına məqsəd qoyan Bayıl təmsilçisi hazırda braziliyalı futbolçunun keçidini həll etməyə çalışır. Söhbət ötən mövsüm “İmişli”də keçirmiş Pablo Alveş Enrikedən gedir.

“İmişli”nin yollarını ayırdığı 24 yaşlı braziliyalı yenidən Azərbaycanda oynamağa hazırdır. Sadəcə maliyyə məsələlərində ortaq məxrəcə gəlmək lazımdır. “Səbail” Pablonu razı sala bilsə, onunla 1+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, hazırda azad agent statusuna malik olan Enrike Braziliyada “Paulista”, “Quarani”, “Luverdense”, “Tubarao”, “Qoyania” klublarında oynayıb.

Xəbər xətti