“Monako”nun yeni transferi Pol Poqba mövsümün startını buraxacaq.
Sportal.az “Get French Football News"a istinadən xəbər verir ki, knyazlıq klubunun baş direktoru Tiaqo Skuro fransızın "Havr"la Fransa çempionatının açılış matçında oynamayacağını rəsmən təsdiqləyib.
Xatırladaq ki, Poqba zədə və dopinq qalmaqalı ilə bağlı karyerasının çətin dövründən sonra Liqa 1 klubuna keçmişdi. Klub rəsmisi məsələ haqda bunları deyib: "Mən zəmanət verə bilərəm ki, o, bu matçda meydanda olmayacaq. Gəlin etiraf edək də, adaptasiya prosesi təxminən üç ay çəkəcək. Müasir peşəkar idman elmi yanaşmaya əsaslanır və burada hər şey o qədər də sadə deyil”.
saytlarin hazirlanmasi