"Araz-Naxçıvan"ın rəqibi uduzdu

15:55 - 4 İyul 2025

Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Araz-Naxçıvan”ın rəqibi olan “Aris” yay toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.

Sportal.az xəbər verir ki, Yunanıstan təmsilçisi Şotlandiyanın “Livinqston” klubu ilə qarşılaşıb.

Saloniki klubu bu görüşdə 1:3 uduzub. Bundan sonra “Araz-Naxçıvan”ın rəqibi Belçikanın “Anderlext” və Niderlandın “AZ Alkmaar” klubları ilə yoldaşlıq oyunları keçirəcək.

Xatırladaq ki, “Araz-Naxçıvan” - “Aris” matçları iyulun 24-ü və 31-də keçiriləcək.

Xəbər xətti