Qızlar liqalarının komandaları ilə görüş keçirildi

15:55 - 16 İyul 2025

AFFA-nın təşkil etdiyi Qızlar liqalarının 2025/2026-cı illər mövsümündə iştirak edəcək komandalarının nümayəndələri və məşqçiləri ilə görüş keçirilib.

Sportal.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan görüşdə U-12, U-14, U-16 və Yüksək Qızlar Liqasının növbəti mövsümü ilə bağlı ümumi məlumat verilib. Milli komandaların məşqçilərinin də qatıldığı toplantıda yeni mövsümlə əlaqədar fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ötən mövsüm liqalar U-13, U-15, U-17 və Yüksək Qızlar Liqası adı altında keçirilirdi. Növbəti mövsümdən yaş qrupları U-12, U-14, U-16 və Yüksək Qızlar Liqası olacaq.

Xəbər xətti