"Qalatasaray" istədi, PSJ ilə anlaşdı

18:48 - 27 İyul 2025

“Lill”in qapıçısı Lukas Şevalye PSJ-yə keçə bilər.

Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, 23 yaşlı qolkiper parislilərlə şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb.

Lakin klublar arasında danışıqlar davam edir. "Lill"in futbolçusu üçün 40 milyon avro istədiyi bildirilir.

Şevalye “Qalatasaray”ın da transfer siyahısında yer almışdl. Lakin təzminat məbləği yüksək olduğundan Türkiyə çempionu bu transferdən imtina etmişdi.

Ötən mövsüm fransız qapıçı Fransa çempionatında 34 oyun keçirib və 11 qol buraxmışdı.

Lukasın “Lill”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, hazırkı komandasının yetirməsidir, yalnız 2022-2023 mövsümündə icarə əsasında “Valensiyen”də çıxış edib.

Xəbər xətti