"Qalatasaray"da Viktor Osimhen şoku

16:19 - 19 Noyabr 2025

Nigeriya millisinin heyətində zədələnən Viktor Osimhenin durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Qalatasaray"ın hücumçusunun sol ayağının arxa əzələsində gərilmə və qanaxma aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı forvardın müalicəsinə başlanılıb. Ulduz futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 9 qol vurub.

Xəbər xətti