"Qarabağ"ın uzun illər boyu uğurlu olmasının bir çox səbəbləri var. Rəhbərliyin Qurban Qurbanova olan etimadından tutmuş, bir çox xırda detallar belə öz rolunu oynayıb.
Amma uğurun önəmli parçası Qurban Qurbanovun qurduğu sistemdir. Burada komanda intizamı əsas meyarlardan biri kimi götürülür. Hamı bilir ki, Qurban Qurbanov olan yerdə heç bir futbolçu cızığından çıxa bilməz. Belə hal baş verərsə də, ya həmin futbolçu ağlını başına yığmalı olacaq, ya da yolçu olacaq.
Maraqlıdır ki, dünyanın ən yaxşı məşqçilərindən hesab olunan Qvardiola da bu prinsiplərlə hərəkət edir.
"Real"dan ayrılması gündəm olan Vinisius Juniorun "Mançester Siti"yə keçmək variantı yaranıb. Lakin Qvardiola qəti şəkildə buna qarşı çıxıb. O, rəhbərliyə bildirib ki, braziliyalının davranışı və emosionallığı komandadakı ab-havaya mənfi təsir eləyə bilər. Qvardiola komandadakı intizamı qorumaq üçün hətta belə güclü futbolçudan imtina edə biləcəyini göstərib.
saytlarin hazirlanmasi
