Poqba 2 il sonra yaşıl meydanlarda - 85-ci dəqiqədə meydana daxil oldu

00:45 - 23 Noyabr 2025

Poul Poqba iki ildən sonra ilk dəfə oyunda iştirak edib.

Sportal.az xəbər verir ki, “Monako”nun yarımmüdafiəçisi “Renn”lə qarşılaşmada 85-ci dəqiqədə, komandası 0:4 hesabı ilə məğlub olarkən meydana daxil olub. Bu, onun 2023-cü ilin sentyabrından bəri ilk matçıdır.

Xatırladaq ki, həmin oyundan sonra fransız futbolçu dopinqə görə cəzalandırılmışdı (diskvalifikasiya 2025-ci ilin martında başa çatıb).

Xəbər xətti