II Liqada mübarizə aparaan "Şəmkir"in yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisini Rasim Əliyev çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Son olaraq “Turan Tovuz”da Akademiya koordinatoru vəzifəsində çalışan A kateqoriyalı mütəxəssis vaxtilə Premyer Liqada çalışmış ən gənc baş məşqçi kimi tarixə düşüb. Klubla 6 ay + 1 illik müqavilə bağlayan məşqçi daha əvvəllər “Turan”, “Rote Fahne”, “Neftçala” kimi komandaların baş məşqçisi olub.
O, “Feyenoord”, “Utrext”, PSV Eyndhoven (hamısı Hollandiya), “Fenerbahçe”, “Gənclərbirliyi” (hər ikisi Türkiyə), “Dinamo” (Tbilisi), Gürcüstan klublarının düşərgəsində təcrübə keçib.
saytlarin hazirlanmasi
