“Arsenal”ın baş məşqçisi Mikel Arteta 29 noyabrda keçiriləcək Premyer Liqa oyunundan əvvəl “Çelsi” barədə fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Arteta bunları qeyd edib:
“Çelsi tam haqlı olaraq Premyer Liqa titul yarışında yer alır. Son bir neçə ildə etdiklərinə baxın, formalaşdırdıqları heyət, oyunçuların sayı və keyfiyyəti, məşqçilər və s. Bütün bunlar çox müsbət görünür və onlar çempionluq yarışında olmağı haqq edirlər. Bu, oyununu izləməkdən ən çox zövq aldığım komandaların biridir. Onlar çox çevikdir, böyük təhlükə yaradırlar və fərdi istedadları çoxdur.
Onlar nə istədiklərini çox aydın bilirlər, buna görə də onlara qarşı oynamaq çətindir."
Hazırda “Çelsi” Premyer Liqa cədvəlində ikinci yerdədir və “Arsenal”dan altı xal geri qalır.
saytlarin hazirlanmasi
