Luka Modriç “Real”dan ayrılması və yayda “Milan”a keçidi barədə danışıb.
Sportal.az xəbər verir ki, Modriç Slaven Biliçlə söhbətində bunları qeyd edib:
"Mən həmişə demişəm ki, “Real”dan sonra hər hansı kluba keçmək bir addım geriyədir, bunda heç bir şübhə yoxdur. Orada oynamış hər bir futbolçu sizə eyni şeyi deyəcək. Amma mən səmimi şəkildə düşünürəm ki, statusu və tarixi “Real”a yaxın olan bir kluba keçmişəm və bu mənim üçün mümkün olan ən ideal vəziyyət idi. Xüsusilə də ona görə ki, “Milan”ı uşaqlıqdan sevmişəm. Mən italyan futbolu ilə böyümüşəm. “Milan” həmişə mənim komandam, sevimli klubum olub."
saytlarin hazirlanmasi
