"Fənərbaxça"nın futbolçusu Moskva klubuna keçə bilər

17:59 - 27 Yanvar 2026

"Fənərbaxça"nın futbolçusu Oğuz Aydın karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, ÇSKA türkiyəli vingerin xidmətində maraqlıdır. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Moskva klubu Oğuzla 3,5 illik müqavilənin şərtlərini razılaşdırıb. 25 yaşlı oyunçunun Rusiya klubuna keçidinin yaxın günlərdə tamamlanacağı gözlənilir.

Qeyd edək ki, "Fənərbaxça" Oğuz Aydını 2024-cü ilin yayında "Alanyaspor"dan 6 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 2 qol ötürməsi edib.

Xəbər xətti