Andre Onana böyük ehtimalla artıq "Mançester Yunayted"də oynamayacaq.
Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, hazırda "Trabzonspor"da icarə əsasında çıxış edən futbolçunun özü hələ də İngiltərə klubunda özünü sübut etmək istəyindən imtina etməyib, lakin onun "qırmızı şeytanlar"ı birdəfəlik tərk edəcəyi gözlənilir.
Bu həftə kamerunlu futbolçunun nümayəndələri Milan şəhərinə gedərək bir neçə mümkün transfer variantını, o cümlədən qapıçının yayda "İnter"ə qayıdışını müzakirə ediblər.
Qeyd olunur ki, Onana hələ də İtaliyada daşınmaz əmlaka sahibdir. Transferin reallaşmasına əsas maneə futbolçunun maaşı ola bilər.
Onana «Trabzonspor»da «Mançester Yunayted»də qazandığından iki dəfə çox maaş alacaq. Andre hazırda Türkiyənin ən çox qazanan futbolçularından biridir.
saytlarin hazirlanmasi
