London klubu 58 milyon avroya hücumçu transfer edir

15:48 - 29 Yanvar 2026

"Vulverhempton"un futbolçusu Yorgen Strand Larsen Premyer Liqada klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, "Kristal Pelas" norveçli forvardın keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

London klubu 25 yaşlı futbolçu üçün "qurdlar"a 58 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Vulverhempton" Yorgen Strand Larseni 2024-cü ilin yayında "Selta"dan transfer edib. Norveç millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıpb.

Xəbər xətti