Mussa Diabi mövsümün sonunadək “Əl-İttihad”da qalacaq.
Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə “İnter” maraqlanırdı. Milan klubu futbolçunu 28 milyon avro məcburi satınalma şərti ilə icarəyə götürməyi təklif edib, lakin Səudiyyə Ərəbistanı təmsilçisi bu təklifi rədd edərək 40 milyon avro tələb edib. Tərəflər kompromisə gələ bilməyiblər.
Qeyd edək ki, cari mövsümdə Diabi Səudiyyə Ərəbistanı çempionatında 16 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
