"Renn"in müdafiəçisi Jeremi Jake karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Liverpul" fransalı futbolçunun keçidini həll edib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Qırmızılar" Jake üçün onun klubuna 55+5 milyon funt-sterlinq təzminat ödəyəcək. 20 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, Jeremi Jake "Renn"in yetirməsidir. Fransa U-21 millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində 19 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
