"Çelsi" milli üzvünü icarəyə verdi

16:59 - 3 Fevral 2026

"Çelsi"nin futbolçusu Tayrik Corc Premyer Liqada klubunu dəyişib.

Sportal.az xəbər  verir ki, "Everton" ingiltərəli vingeri icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə U-21 millisinin üzvü mövsümün sonuna qədər "Everton"un formasını geyinəcək.

Qeyd edək ki, Tayrik Corc "Everton"un yetirməsidir. 19 yaşlı futbolçu bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti