Argentina millisinin üzvü "Ayaks"da

19:30 - 3 Fevral 2026

Niderlandın "Ayaks" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisi "Veles Sarsfild"dən Maer Karrisonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Amsterdamlılar argentinalı vinger üçün onun klubuna 6 milyon avro təzminat ödəyib. 19 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Maer Karriso "Veles Sarsfild"in yetirməsidir. Argentina U-20 millisinin üzvü Buenos Ayres təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 52 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti