"Qalatasaray"ı İstanbulun digər klubuna dəyişdi

19:54 - 3 Fevral 2026

"Qalatasaray"ın yarımmüdafiəçisi Eyüp Aydın Super Liqada klubunu dəyişib.

Sportal.az xəbər verir ki, türkiyəli futbolçu İstanbulun digər təmsilçisi olan "Kasımpaşa"ya icarəyə verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı orta xətt oyunçusu mövsümün sonuna qədər "Kasımpaşa"nın formasını geyinəcək.

Qeyd edək ki, Eyüp Aydın mövsümün ilk yarısında "Samsunspor"da çıxış edib. O, komandanın heyətində 6 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti