Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "qara qartallar" "Genk"dən O Hyon Qyunu tranafer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İstanbul nəhəngi cənubi koreyalı futbolçu üçün Belçika klubuna 14 milyon avro təzminat ödəyəcək. 24 yaşlı forvardla 2029-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, "Genk" O Hyon Qyunu 2024-cü ilin yayında "Seltik"dən 2,7 milyon avroya transfer etmişdi. Cənubi Koreya millisinin üzvü bu mövsüm "mavi-ağlar"ın heyətində meydana çıxdığı 32 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
