"Qalatasaray" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Türkiyə çempionu "Bavariya"dan Saşa Boeni heyətinə qatıb. Bu barədə insayder Fabritsio Romano məlumatt yayıb.
"Sarı-qırmızılar" fransalı sağ cinah müdafiəçisini mövsümün sonuna kimi icarəyə götürüb. Klublar arasındakı anlaşmada məcburi olmayan satınalma bəndi yer alıb.
Qeyd edək ki, "Bavariya" Saşa Boeni 2024-cü ilin yanvarında məhz "Qalatasaray"dan transfer edib. 25 yaşlı futbolçu bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
