Braziliya millisinin hücumçusu "Fənərbaxça"nın hədəfində

20:54 - 6 Fevral 2026

"Korintians"ın hücumçusu Yuri Alberto karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə jjurnalist Pedro Ramiro məlumat yayıb.

18 milyon avroluq təklifi ləğv olunan İstanbul nəhəngi Braziliya klubuna növbəti təklif göndərməyi planlaşdırır. "Fənərbaxça" 24 yaşlı forvard üçün 25 milyon avro və oyunçularından birini təklif edəcək.

Qeyd edək ki, Yuri Alberto 2023-cü ilin yanvarından "Korintians"da çıxış edir. Braziliya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi maatçda 1 qol vurub.

Xəbər xətti