"Vulverhempton"un futbolçusu Con Arias Braziliyaya qayıdıb.
Sportal.az xəbər verir ki, "Palmeyras" kolumbiyalı vingeri transfer edib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Palmeyras" Arias üçün İngiltərə klubuna 25 milyon avro təzminat ödəyib. 28 yaşlı ön xətt oyunçusu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Vulverhempton" Con Ariası mövsümün əvvəlində Braziliyanın "Fluminense" klubundan transfer etmişdi. Kolumbiya millisinin üzvü "qurdlar"ın heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
