Premyer Liqa klubu "Milan"ın müdafiəçisini transfer etdi

16:59 - 12 Fevral 2026

"Bornmut" "Milan"dan icarəyə götürdüyü Aleks Ximeneslə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubu ispaniyalı müdafiəçinin transfer hüquqlarına yiyələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bornmut" 20 yaşlı sağ cinah müdafiəçisi üçün İtaliya klubuna 18,5 milyon avro təzminat ödəyib. İspaniya U-21 millisinin üzvü ilə 2031-ci ili 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Bornmut" Aleks Ximenesi mövsümün vvəlində icarəyə götürüb. Gənc oyunçu komandanın heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti