"Napoli"nin yarımmüdafiəçisi Skott Maktominey İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" sabiq futbolçusunu qaytarmaq istəyir. Bu barədə "Tutto Mercato" nəşri məlumat yayıb.
İtaliya çempionu şotlandiyalı futbolçunu satmağın əleyhinə deyil. Onlar 29 yaşlı oyunçu üçün 80 milyon avro tələb edirlər.
Qeyd edək ki, "Napoli" Skott Maktomineyi 2024-cü ilin yayında "Mançester Yunayted"dən 30 milyon avroya transfer edib. Şotlandiya millisinin üzvü bu mövsüm Neapol təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
