Bu gün Misli Premyer Liqasında 20-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, "Şamaxı" "Turan Tovuz"u qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Premyer Liqanın lideri "Sabah" isə "Qəbələ"nin qonağı olub. Paytaxt təmsilçisi səfər oyununda minimal hesabla qalib gəlib.
16 fevral
14:30 "Şamaxı" - "Turan Tovuz" 0:0
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Şamaxı şəhər stadionu
17:00 "Qəbələ" - "Sabah" 0:1
Qol: Xəyal Əliyev, 54
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Qəbələ şəhər stadionu
