"Turan Tovuz" "İmişli" ilə, "Qarabağ" "Sabah"la heç-heçə etdi - YENİLƏNİB

20:56 - 1 Mart 2026

Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, "Turan Tovuz" "İmişli" ilə üz-üzə gəlib. Qarşılaşmada qol səsi eşidilməyib.

"Qarabağ" isə "Sabah"la qarşılaşıb. Matç 3:3 hesablı bərabərliklə başa çatıb.

16:30 "Turan Tovuz" - "İmişli" 0:0

Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov
VAR: Əli Əliyev
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Bakı, "Azərsun Arena"

19:00 "Qarabağ" - "Sabah" 3:3

Qollar: Pedro Bikalyo, 73, Kevin Medina, 78, Musa Qurbanlı, 84 - Xəyal Əliyev, 13, Aron Maluda, 54, Coy Lens Mikels, 60
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Tofiq Bəhramov adına Respublika Stadionu

Xəbər xətti