Fizuli Məmmədov: "Futbolçularım çox əzmkar idilər"

18:46 - 18 Aprel 2026

Misli Premyer Liqasının 28-ci turunun "Karvan-Yevlax" - "Şamaxı"(1:0) görüşündən sonra ev sahibi komandanın baş məşqçisi Fizuli Məmmədov matçla bağlı fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, Məmmədov mətbuat konfransında bunları deyib: 

"Çətin oyun olacağını bilirdik. "Şamaxı" çempionatın ən möhkəm, ən strukturlu, hər fazada işləyən komandadır. Standart vəziyyətlərin bizim üçün çətin olacağını başa düşürdük. Oyun çox gərgin keçdi. Görüşə çox ciddi hazırlaşmışdıq. Futbolçularım verdiyim tapşırıqları maksimum yerinə yetirdilər. Onlar döyüşkənlilik, mərdlik göstərdilər. Göstərdikləri performansa görə futbolçularıma təşəkkür edirəm. Çox əzmkar idilər. Qarşıdakı görüşə hazırlaşacağıq".

Mirbağırağa

Xəbər xətti