"Beşiktaş"ın hücumçusu "Spartak" istəyir

12:22 - 27 Aprel 2026

"Beşiktaş"ın hücumçusu Hyeon-gyu Oh karyerasını Rusiyada davam etdirə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı cənubi koreyalı forvard "Spartak"ın(Moskva)maraq dairəsinə düşüb.

Tərəflər arasında mümkün transfer müzakirə olunur.

"Beşiktaş”la müqavilə müddəti 2029-cu ilin 30 iyun tarixinədək qüvvədə olan Oh, Cənubi Koreya millisinin də üzvüdür.

Hücumçu karyerası ərzində "Suvon", "Sanqmu", "Seltik" və "Genk" kimi klublarda çıxış edib.

Transferin baş tutub-tutmayacağı yaxın günlərdə dəqiqləşə bilər.

Xəbər xətti