"Azərbaycana qayıtmaq barədə düşünmürəm" - millimizin müdafiəçisi

21:56 - 8 İyun 2026

Azərbaycan milli komandasının futbolçusu Cəlal Hüseynov San Marino ilə keçiriləcək yoldaşlıq oyunundan əvvəl baş tutan mətbuat konfransında iştirak edib.

Sportal.az 23 yaşlı mərkəz müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:

- Mövsüm bitəndən sonra toplanışa gəldik. Futbolçular üçün bir az çətin olur. Amma düşərgədə çox yaxşı atmosfer var. Yaxşı toplanış keçdik. Məqsəd Millətlər Liqasına hazırlaşmaq idi. Sabah qalib gəlmək istəyirik.

- Dedin ki, mövsümün sonu olduğu üçün bir az çətindir. Çətin olan nədir? 

- Əlbəttə ki, futbol bizim işimizdir. Hər zaman hazır olmalıyıq. Milli komandada heç bir bəhanə ola bilməz. Amma çətindir mövsüm olur, ilboyu oynayırsan, hamı istirahətə çıxıb, sən toplanışındasan. Bu baxımdan deyirəm. Əlimizdən gələnin ən yaxşısını edəcəyik.

- Sabah hücumlarda aktiv şəkildə iştirak etməyi düşünürsən?

- San Marino reytinq cədvəlində bizdən aşağıda olsa da, yaxşı komandadır. Onları təhlil etmişik. Qapanan rəqibə qarşı oynamaq çətin olur. Əlbəttə ki, qol vursam, yaxşı olar. Amma əsas olan komandanın qələbəsidir. Buna ehtiyacımız var.

- Gələcəyinlə bağlı qərar vermisən? Legioner həyatına davam edəcəksən?

- Hazırda klubsuzam. Artıq "Arda" klubu ilə yollarımızı ayırdıq. Azərbaycana qayıtmaq barədə düşünmürəm. Karyeramı legioner kimi adam etdirəcəyəm. Yaxın günlərdə anlaşacağım klub olacaq. Danışıqlar gedir. Sadəcə olaraq tələsmək istəmirəm.

Elçin Əlixan

Xəbər xətti