Türkiyə klubundan 17 milyon avroluq hücumçu transferi - RƏSMİ

10:15 - 3 Sentyabr 2026

Türkiyənin "Trabzonspor" klubu heyətini yeni hücumçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi "Midyullann"dan Frankulinu Cunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Trabzonspor" qvineya-bissaulu futbolçu üçün Danimarka klubuna 17 milyon avro təzminat ödəyib. 22 yaşlı forvardla 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Frankulinu Cu cari mövsümdə "Midyullann"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 10 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti