"Bakı" futbolçuları milli komandalarda

16:17 - 15 Avqust 2013

Oyunçular sabah məşqlərə qatılacaq
 
Dünən “Bakı”-nın bir neçə futbolçusu milli komandaların heyətlərində meydana çıxıb. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın U-19 komandasının şərəfini qoruyan Namiq Ələsgərov Xorvatiya ilə yoldaşlıq oyununda 90 dəqiqə meydanda olaraq bir qol vurub. Oyun 1:1 hesabı ilə başa çatıb. 
 
Malta ilə yoldaşlıq oyunu keçirən Azərbaycan milli komandasının heyətində "Bakı"nın üç futbolçusu iştirak edib. Kamran Ağayev və Rauf Əliyev 90, Əfran İsmayilov isə 61 dəqiqə meydanda olub. 3:0 hesabı ilə qələbə qazanan milli komandamızın heyətində Rauf Əliyev ikinci qolun müəlifi olub. 
 
Digər yoldaşlıq oyununda Lüksemburq Litvanı 2-1 hesabı ilə məğlub edib. Bu oyunda Litva milli komandasının heyətində Mindauqas Kalonas 75, Deividas Çesnauskis isə 51 dəqiqə oynayıb. 
 
Qeyd edək ki, milli komandalara ezam olunmuş futbolçular sabah komandanın məşqlərinə qatılacaq. 

Xəbər xətti