“Ağ-yaşıllar” Topaz Premyer Liqasının XII turunda əzəli rəqibi “Neftçi”nin qonağı oldu. 1:4 hesablı ağır məğlubiyyət alan cənub təmsilçisinin uelsli çalışdırıcı oyundan sonra təşkil edilən mətbuat konfransında futbolçularını günahlandırıb: “Çox bərbad çıxış etdik. Məndə olan məlumata görə, birinci qol ofsayddan vuruldu. Benouahi təkbətək çıxdığı epizodda ötürmə yox, topu qapıya vurmalı idi. Onun nə üçün ötürmə verdiyini anlamıram. Qapıçı ilə təkbətək çıxırsa, özü qol vurmalıdır Bu cür nəticələrlə I diviziona düşməsək yaxşıdır. Belə oynamağımızın səbəbini yeniyetmə futbolçularımızdan soruşmaq lazımdır. Komanda çox bərbad oynadı. Qapıçı ilə təkbətək epizodda qol vura bilmiriksə, nə deyim? Rasim Ramaldanov millinin üzvü olsa da, uşaq səhvləri edir. 11 metrlik cərimə zərbəsi epizodunda uşaq səhvi etdi. Milli komandanın oyunçusu gülməli vəziyyətdə qayda pozuntusuna yol verdi”.