Sxadadze nəyi faciə saydı?

23:42 - 2 Noyabr 2013

"Üç qol vurduq, lakin..."
 
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze  Premyer Liqanın 12-ci turunda "Rəvan"a qalib (3:2) gəldikləri oyunu şərh edib.
 
Sportal.az xəbər verir ki, o, komandasının yaxşı oyun nümayiş etdirdiyini deyib:
 "Oyunun əvvəlinə baxdıqda rahat qələbə qazanmalı idik. Lakin futbolçular müəyyən qədər diqqəti itirdilər, müdafiədə səhvlər buraxdıq. Futbol yalnız hücum deyil, müdafiədən də ibarətdir. Qol vurduqdan sonra taktiki dəyişiklik etdik, müdafiədə stabil oynamağa başladıq. Çox yaxşı oynadıq, çoxlu qol imkanları yaratdıq. Üç qol vurduq, lakin iki qol buraxdıq. Bu, 2-3 top vurduğumuz oyunda bizim üçün faciədir. Bunun üzərində çalışacağıq. Bugünkü oyunda qalib gəlmək vacib idi. Bundan sonra yalnız irəli getməliyik”.

Xəbər xətti