"Neftçi"nin qolu ofsayddan vurulub
Premyer Liqanın XII turunda "Xəzər Lənkəran"ı 4-1 məğlub edən "Neftçi"nin vurduğu ilk qolun oyundankənar vəziyyətdən vurulduğu təsdiqlənib.
Bu barədə Sportal.az-a qonaq klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. O bildirib ki, oyunun ilk hissəsindən sonra yaranan fasilədə Hakimlər Komitəsinin rəhbəri Xəqani Məmmədov da Bohadir Nasimovun aktivinə yazılan qolun oyundankənar vəziyyətdən vurulduğunu təsdiqləyib.
Xatırladaq ki, "Neftçi" - "Xəzər Lənkəran" matçı 4-1 hesabı ilə başa çatıb.
saytlarin hazirlanmasi