"Əvvəlki qalmaqalları yada salsaq, belə daha yaxşıdır" MÜSAHİBƏ

14:57 - 3 Noyabr 2013

Ernest Nfor:" "Neftçi" əsl oyununu göstərdi"
 
"Neftçi"nin hücumçusu Ernest Nforun Sportal.az-a müsahibəsi
 
- Oyun haqqında danışardın...
- Gözəl bir qarşılaşma oldu. Bundan əvvəlki oyunda xal itirmişdik, Bu oyunda mütləq qələbə qazanmalıydıq. "Neftçi" əsl oyununu göstərdi. Bu gün qalib qəldiyimizə görə xoşbəxtəm.
 
- Belə böyükhesablı qələbə gözləyirdin?
- Futbolçu heç vaxt oyundan qabaq hesabı təxmin edə bilməz. Oyunun gedişində gördük ki, qələbə qazana bilərik və bunu  da bacarıq. "Xəzər Lənkəran"ı 3 fərqlə məğlub etdik.
 
- Nazim Süleymanovla çalışmaq necədir?
- Mənim işim məşqçinin verdiyi tapşırılqları yerinə gətirməkdir. Mən də bunu etməyə çalışıram. Yeni baş məşqçimiz də işində yetəri qədər peşəkardır. Məncə, daha böyük uğurlara imza ata bilərik.
 
- Oyunda azarkeşlərin az olması səncə, oyunun daha maraqsız olmağına səbəb olmadı?
- Məncə, yox. Oyun kifayət qədər maraqlı oldu. Əvvəlki oyunlardakı qalmaqalları yada salsaq, belə daha yaxşıdır.
 
- Oyundan qabaq qol vuracağına inanırdın?
- Mən qol vurduğuma görə, özümü çox xoşbəxt hiss edirəm. Ancaq əsas olan  kimin qol vurmağı yox, komandanın qələbə qazanması idi.
 
Yusif HÜSEYN

Xəbər xətti