"Xəzər Lənkəran"da iclas oldu və cərimələr kəsildi

13:18 - 4 Noyabr 2013

Hüseyn Cəbrayıloğlu: "Mais Mənsimov futbolçulara narazılğını bildirdi"

 

"Neftçi" ilə oyunda alınan məğlubiyyətdən sonra "Xəzər Lənkəran"da iclas olacağını sizə bildirmişdik. Artıq həmin iclas baş tutub və bir sıra qərarlar qəbul olunub. Bu barədə Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məluat verib:

"İclasda klub prezidentinin çıxışı oldu və komandanın belə nəticə göstərməsinin səbəbləri soruşuldu. Mais Mənsimov komandadan narazılğını dilə gətirdi.  "Qarabağ"la oyundan bir gün öncə son ayın əmək haqqı və Super Kubokun mükafatı ödənilib. Belə olduğu halda futbolçunun hansı problemi qala bilər? Turnir cədvəlində son pillədə qərarlaşan rəqiblərin büdcəsi bizim büdcədən xeyli aşağıdır. Amma biz onlarla turnir cədvəlində qonşuyuq".

Klub prezidenti azarkeşlərin, rəhbərliyin bu vəziyyətdən çox narahat olduğunu bildirdi və komandanın toparlanmalı olduğunu vurğuladı. Toşak və bir neçə futbolçunun da fikirləri dinlənildi.

Klub rəsmisi futbolçulara müəyyən pul cərimələrinin də kəsiləcəyini bildirdi. 

Xəbər xətti