Hakimlərlə futbolçular arasında qalmaqal baş verib
Bu gün U-15 liqasında "Xəzə Lənkəran" "Şahdağ"ın qonağı olub.
Sportal.az-ın əldə etdiyi məlumata görə, bu oyunda hakimlə "Xəzər Lənkəran"lı futbolçular arasında qalmaqal yaşanıb. Buna səbəb isə hakimin üç penalti epizodunda fitinin susması olub. Daha sonra hakim qonaq futbolçuya ikinci sarı kart versə də, qırmızı vərəqə verməyib. Yalnız iki dəqiqə sonra bu hakimin yadına düşüb və səhvini düzəldib.
Saytımıza daxil olan məlumata görə, "Şahdağ"ın nümayəndələri hakimin üzərinə qışqırıblar və bundan sonra hakim də nümayəndələrin kənardan dedikləri qərarları verməyə başlayıb.
Qeyd edək ki, matç 2:2 hesabı ilə başa çatıb.
saytlarin hazirlanmasi