Ən yaxşılar yenə "Bakı"dan çıxdı

14:13 - 8 Noyabr 2013

Ərfran İsmayılovla Rauf Əliyev birinci oldu
 
Azərbaycan Premyer Liqasının sentyabr və oktyabr aylarının ən yaxşı qollarının müəllifləri müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, PFL-in rəsmi saytında keçirilmiş sorğunun nəticələrinə əsasən ayın futbolçusu seçilən "Bakı" klubunun futbolçusu Əfran İsmayılov ən yaxşı qol nominasiyasında da fərqlənib.
 
Belə ki, Əfran sentyabr ayının ən yaxşı qolunun da müəllifi olub. "Bakı" klubunun digər futbolçusu Rauf Əliyevin AZAL-ın qapısına vurduğu top isə oktyabr ayının ən yaxşı qolu seçilib.
 
Qeyd edək ki, hər iki futbolçuya 1000 manat dəyərində pul mükafatı təqdim olunub. 

Xəbər xətti